Yeməyə başlayarkən edilən dua

1

«Sizlərdən biri yemək yeməyə başlayar¬kən: [Bismilləh] «Allahın adı ilə!» desin. Əgər əvvəldə bunu unutsa, onda: [Bismilləhi fi əvvəlihi və axirihi] «Əvvəlində də, axırında da Allahın adı ilə!» desin.

2

Qoy Allahın yemək verdiyi kimsə [be¬lə] desin: [Allahummə bərik lənə fiyhi və ət'imnə xayran minhu] «Allahım! Bunu bizim üçün bərəkətli et və bizə bundan daha xeyirlisini nəsib eylə!» Allahın süd nəsib etdiyi kimsə isə [belə] desin: [Allahummə bərik lənə fihi və zidnə minhu] « Allahım! Bunu bizim üçün bərəkətli et və bundan bizə çox nəsib eylə!»

Zaker copied