Yatağa girərkən oxunan zikrlər

1

«Peyğəmbər səllallahu aleyhi və səlləm hər gecə yatağına uzandıqda əllərini cütləşdi¬rib on¬ların içinə üfürər, sonra ora: Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «O Allah Təkdir! Allah [heç kəsə, heç nəyə] Möh-tac deyildir [əksinə, hər bir məxluq Ona möh-tacdır]. O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!» Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram sübhün Rəbbinə! Yaratdıqlarının şərindən, çökməkdə olan zülmətin [gecənin] şərindən, düyünlərə yüngülvari tüpürən [cadu-gər] qadınların şərindən və paxıllıq edərkən paxılın şərindən!» Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram insanların Rəbbinə, insanların Hökm¬darına, insanların [iba¬dətə layiq olan] Məbuduna! Vəsvəsə verənin, [Allahın adı çəkiləndə isə] geri çə¬ki¬lə¬nin [şeyta¬nın] şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də [olur], insanlardan da!» surələrini oxuyar, daha sonra isə əllərini baş və üz nahiyəsindən baş¬layaraq bacar¬dığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi».

2

Yatağa uzananda Kursi ayəsini oxu¬maq» «Allah! Ondan başqa [iba¬dətə layiq olan] mə'bud yoxdur, [əbə¬di] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələ¬rinin işlərini yoluna qoyan və on¬ları qoruyan¬dır]. Onu nə mürgü tutar, nə də yuxu. Göy¬lər¬də və yerdə nə varsa, Onundur. Onun izni ol¬madan Onun yanında kim havadarlıq edər? O, on¬ların [yaran¬mışların] önlərində və arxaların¬da olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun is¬tədiyin¬dən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub sax¬lamaq Ona ağır gəlmir. O, Ucadır, Böyük¬dür!»

3

«[Allahın göndərdiyi] Elçi öz Rəbbin¬dən ona nazil edilənə [Qurana] iman gətir¬di, möminlər də [buna iman gətirdilər]. Hamısı Allaha, Onun mələklərinə, Onun kitablarına və Onun elçilərinə iman gətir¬dilər. [On¬lar dedi¬lər]: «Biz Onun elçiləri arasında fərq qoymu¬ruq!»Və onlar dedilər: «Eşidirik və itaət edirik! Ey Rəbbimiz Səndən bağış¬lanma diləyirik və dönüş Sənədir!» Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyər. [Hər kə¬sin] qazandığı [xeyir yalnız] onun özünə, qazandığı [şər də yalnız] onun əleyhinə¬dir. «Ey Rəbbi¬miz, unut-saq və ya xəta etsək bizi cəzalandır¬ma! Ey Rəbbimiz, bizdən əv¬vəlkilərə yüklədi¬yin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbi¬miz, gücü-müz çatmayanı da bizə yükləmə! Bi¬zi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bi¬zim Hamimizsən! Kafir camaata qələbə çal¬maqda bizə yardım et!» əl-Bəqərə surəsi (285-286)

4

[Bismikə rabbiy vəda'tu cənbiy və bikə ər-fəuhu. Fəin əmsəktə nəfsiy fərhəm¬hə və in ərsəltəhə fəhfəzhə bimə təhfəzu bihi iba¬dəkəs-salihin] «Ey Rəbbim! Sənin adınla böyrümü ye¬rə qoydum, Sənin sayəndə də qaldıraram. Ruhumu tutub saxlasan, ona rəhm et! Onu bu-raxsan, əməlisaleh qullarını qoruduğun kimi onu da qoru!»

5

[Allahummə, innəkə xaləqtə nəf¬siy, və əntə təvaffahə, ləkə məmatuhə və məhyahə, in əhyəytəhə fəhfəzhə, və in əməttəhə fəğfir ləhə. Allahummə, inniy əs'əlukəl-afiyətə] «Allahım! Canımı Sən yaratdın, Sən də onu alacaqsan. Onu öldürmək də, dirilt¬mək də Sənə məxsusdur. Onu diriltsən, qoru, öldürsən, bağışla! Allahım! Səndən salamatlıq diləyi-rəm!»

6

[Allahummə, qiniy əzabəkə yəumə təbəasu ibadəkə] «Allahım! Bəndələrini dirildəcəyin gün məni Öz əzabından qoru!»

7

[Bismikə, Allahummə əmutu və əhya] «Allahım! Sənin adınla ölür və dirili-rəm!»

8

[Allahummə, rabbəs-səmavatis-səb'i və rabbəl-arşil-azim. Rabbənə və rabbə kulli şeyin, faliqal-həbbi vən-nəva, munzilət-təurati vəl-inciyli vəl-furqan. Əuzu bikə min şərri kulli şeyin əntə axi¬zun bina-siyətihi. Allahummə, əntəl-əvvə¬lu fəleysə qabləkə şeyun, və əntəl-axiru fəleysə bə'dəkə şeyun, və əntəz-zahiru fə¬leysə fəuqakə şeyun, və əntəl-batinu fə¬leysə dunəkə şeyun, iqdi annəd-deynə və əğninə minəl-fəqri] «Allahım! Yeddi qat səmanın Rəbbi, yerin Rəbbi, böyük Ərşin Rəbbi, bizim Rəbbimiz və hər bir şeyin Rəbbi! Toxumu və çəyirdəyi cücərdib çat¬ladan, Tövratı, İncili və Furqanı nazil edən! Kəkilindən tutduğun (idarə etdiyin) hər bir şe¬yin şərin¬dən Sənə sığınıram. Allahım! Sən Əv¬vəlsən, Səndən əvvəl heç nə yoxdur. Sən Axır¬san, Səndən sonra heç nə yoxdur. Sən Zahir¬sən, Səndən üstə heç nə yoxdur. Sən Batinsən, Səndən iç üzdə heç nə yoxdur! Borcumuzu ödə, bizi yoxsulluqdan qurtar!»

9

Otuz üç dəfə təsbih (Subhanəllah!) otuz üç dəfə təhmid (əlhəmdulilləh!) otuz dörd dəfə təkbir (Alla¬hu Əkbər) demək.

10

[Əlhəmdulilləhil-ləzi ət'amənə və səqanə və kəfanə və əvanə, fəkəm min¬mən lə kafiyə ləhu və lə mu'viyə] «Bizi yedirdən, içirdən, qoruyan və bizə sığınacaq verən Allaha həmd olsun! Neçə-neçə şəxslər vardır ki, onların nə bir qoruyanı, nə də bir sığınacaq verəni var!»

11

[Allahummə, aliməl-ğaybi vəş-şə¬hadəti, fatirəs-səmavati vəl-ard. Rabbə kulli şeyin və məliykəhu. Əşhədu ən lə ilahə illə ənt. Əuzu bikə min şərri nəfsiy və min şərriş-şeytani və şirkihi, və ən əq¬tərifə alə nəfsiy suən əu əcurrahu ilə mus¬limin] «Göyləri və yeri yaradan, qeybdə və aş-kar¬da olanı Bilən Allahım! Hər şeyin Rəbbi və Hökmdarı! Şahidlik edirəm ki, Səndən başqa [iba¬dətə layiq olan] məbud yoxdur. Nəfsimin şərin¬dən, şeytanın şərindən və şirkindən, özümə pislik etmək¬dən yaxud onu bir müsəlmana yetirməkdən Sənə sığı¬nıram!»

12

Peyğəmbər səllallahu aleyhi və səlləm “əs-Səcdə” və “əl-Mulk” surələrini oxumadan yat¬maz¬dı.

13

[Allahummə, əsləmtu nəfsiy iley¬kə, və fəvvədtu əmriy ileykə, və vəccəhtu vachiy ileykə, və əlcə'tu zahriy ileykə, rağbətən və rahmətən ileyk. Lə məlcə'ə və lə məncəə minkə illə ileyk. Aməntu biki-tabikəl-ləzi ənzəltə və binəbiyyikəl-ləzi ərsəltə] «Allahım! Sənə ümid edərək və Sən-dən qorxaraq canımı Sənə təslim etdim, işimi Sənə həvalə etdim, üzümü Sənə çevirdim, kü-rəyimi Sənə etibar etdim. Sığınacaq və Səndən (əzabından) xilas olmaq üçün nicat yeri yalnız Sənə yönəlməkdir. Sənin nazil etdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim!»

Zaker copied