İstixarə namazının duası

1

Cabir ibn Abdullah Allah ondan razı olsun rə¬vayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: «Sizdən biri¬niz bir işə başlamaq istədikdə fərz namazla¬rın¬dan əlavə iki rükət namaz qılsın və desin: [Allahummə inniy əstəxiyrukə bi il-mikə, və əstəqdirukə bi qudratikə, və əs'ə-lukə min fadlikəl-azım, fəinnəkə təqdiru və lə əqdir, və tə'ləmu və lə a'ləm, və əntə alləmul-ğuyub. Allahummə in kuntə tə'lə-mu ənnə həzəl-əmra xayrun liy fi diyniy və məaşiy və aqibəti əmriy, acilihi və əci-lihi – fəqdurhu liy və yəssirhu liy, sum¬mə bərik liy fiyhi. Və in kuntə tə'ləmu ənnə həzəl-əmra şərrun liy fi diyniy və məaşiy və aqibəti əmriy, acilihi və əcilihi – fasrif-hu anniy, vəsrifniy anhu, vəqdur liyəl-xayra heysu kənə, summə ardıniy bihi] «Allahım! Səndən Öz elminlə mənə xeyir diləyirəm və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyi-rəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayı¬şım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim di¬nim, yaşayışım və aqibətim üçün – yaxud de¬yir: dün-yam və axirətim üçün – zərərli olduğu¬nu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, son¬ra məni ondan razı sal!» Yaradandan uğur diləyən, mömin insanlarla məsləhətlə¬şən və öz işində ehtiyatla davranan kəs peşman olmaz. Pak və müqəddəs Allah buyurmuşdur: «...[ehtiyacın olan] işdə onlarla məsləhətləş. Qəti qəra¬ra gəldikdə isə Allaha təvəkkül et!».

Zaker copied