[Əstəğfirullah (üç dəfə)! Allahummə Ən-təs-səlam və minkəs-səlam təbəraktə ya zəl-cəlali vəl-ikram] «Allahdan bağışlanma diləyirəm!» (üç dəfə). «Allahım! Salam(bütün nöqsanlardan və eyblərdən uzaq) Sənsən və əmin-aman¬lıq Səndəndir. Ey əzəmət və ehtiram sahibi! Sən xeyirxahsan».
[Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Allahummə, lə maniə limə ə'taytə və lə mu'tiyə limə mənə'tə və lə yənfəu zəl-cəddi minkəl-cəddu] «Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur, O tək¬dir, Onun şəri¬ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Allahım! Sənin verdiyinə mane olacaq, mane olduğunu da verəcək (bir kəs) yoxdur. Heç bir hörmət sahibinə Sənin yanında hör¬məti fayda ver¬məz».
[Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Lə həulə və lə quvvətə illə billəh. Lə ilahə illəllahu, və lə nə'budu illə iyyah. Ləhun-ni'mətu və lə¬hul-fədlu və ləhus-sənaul-həsənu. Lə ilahə illəllahu muxlisinə ləhud-dinə və ləu kəri¬həl-kafirun] «Allahdan başqa haqq məbud yoxdur, O tək¬dir, Onun şəri¬ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir! Qüdrət və güc yalnız Allahdadir! Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur. Biz yalnız Ona ibadət edirik. Nemət Onun¬dur, lütf Onundur və gözəl tərif Onadır. Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur. Kafirlərə xoş gəlməsə də, biz dini yalnız Ona məxsus edi-rik!»
[Subhanallahi, vəlhəmdulilləhi, vəl¬lahu əkbər (otuz üç dəfə)! Lə ilahə illəl¬lahu vəhdəhu lə şərikə ləhu. Ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qa¬dir] «Allah pak və müqəddəsdir. Həmd Allahadır. Allah Böyükdür!» (otuz üç dəfə). «Allahdan başqa [iba¬dətə layiq olan] məbud yox¬dur, O təkdir, Onun şəri¬ki yoxdur. Mülk Onundur və həmd Ona¬dır! O hər şeyə Qadirdir!»
Hər (vacib) namazdan sonra: «De: «O Allah Təkdir!», «De: «Sığınıram sübhün Rəb¬binə!», «De: «Sığınıram insanların Rəbbinə!» (əl-İxlas, əl-Fələq və ən-Nas surələrini bir dəfə) oxumaq. Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «O Allah Təkdir! Allah [heç kəsə, heç nəyə] Möh-tac deyildir [əksinə, hər bir məxluq Ona möh-tacdır]. O, nə doğub, nə də doğulubdur. Və Onun heç bir tayı-bərabəri də yoxdur!» Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram sübhün Rəbbinə! Yarat¬dıqlarının şərindən, çökməkdə olan zül¬mətin [gecənin] şərindən, düyünlərə yün¬gülvari tüpürən [cadu-gər] qadınların şə¬rindən və paxıllıq edərkən paxılın şərin¬dən!» Mərhəmətli, Rəhmli Allahın adı ilə! «De: «Sığınıram insanların Rəbbinə, insanların Hökm¬darına, insanların [iba¬dətə layiq olan] Məbuduna! Vəsvəsə verənin, [Allahın adı çəkiləndə isə] geri çəki¬lənin [şeyta¬nın] şərindən. Hansı ki, insanların kökslərinə vəsvəsə salır, cinlərdən də [olur], insanlardan da!»
Hər (vacib) namazdan sonra Kursi ayəsi¬ni (əl-Bəqərə, 255) oxumaq. «Allah! Ondan başqa [iba¬dətə layiq olan] məbud yoxdur, [əbə¬di] Yaşayandır, Qəyyumdur [kainatı yaradan və onu idarə edəndir, bəndələ¬rinin işlərini yoluna qoyan və on¬ları qoruyan¬dır]. Onu nə mürgü tutar, nə də yuxu. Göy¬lər¬də və yerdə nə varsa, Onundur. Onun izni ol¬madan Onun yanında kim havadarlıq edər? O, on¬ların [yaran¬mışların] önlərində və arxaların¬da olanı [nə olub, nə olur və nə olacağını] bilir. Onlar Onun elmindən Onun is¬tədiyin¬dən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub sax¬lamaq Ona ağır gəlmir. O, Ucadır, Böyük¬dür!»
[Lə ilahə illəllahu vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, yuhyi və yumiytu və huvə alə kulli şeyin qadir] «Allahdan başqa [iba¬dətə layiq olan] məbud yox¬dur, O tək¬dir, Onun şəri¬ki yoxdur. Mülk Onundur və həmd Ona¬dır! Dirildir və öldürür. O hər şeyə Qadir¬dir!» Bu zikri məğrib və sübh namazla¬rın¬dan sonra on dəfə oxumaq Sünnədir.
[Allahummə, inniy əs'əlukə ilmən nafiən və rizqan tayyibən və amələn mu¬təqab-bilən] «Allahım! Səndən faydalı elm, təmiz ruzi və qəbul olunan əməl diləyirəm!» Bu dua sübh na¬mazının salamından sonra oxunur.