Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua

1

[Allahummə inniy əuzu bikə min əzabil-qabri, və min əzabi Cəhənnəmə, və min fitnətil-məhyə vəl-məmati, və min şərri fitnətil-məsihid-dəccal] «Allahım! Qəbir əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!»

2

[Allahummə inniy əuzu bikə min əzabil-qabri, və əuzu bikə min fitnətil-mə¬sihid-dəccal, və əuzu bikə min fitnətil-məhyə vəl-məmati. Allahummə inniy əuzu bikə minəl-mə'səmi vəl-məğrami] «Allahım! Qəbir əzabından Sənə sığını-ram. Dəccal məsihin fitnəsindən Sənə sığını¬ram. Həyatın və ölümün fit¬nəsindən Sənə sığı¬nıram. Allahım! Günahdan və cərimədən (borcdan) Sənə sığınıram».

3

[Allahummə inniy zaləmtu nəfsiy zulmən kəsiyran, və lə yəğfiruz-zunubə illə ənt, fəğfir liy məğfiratən min indikə vərhəmniy, innəkə əntəl-ğafurur-rahim] «Allahım! Mən özümə çoxlu zülm etdim.Və günahları yalnız Sən bağışlayırsan. Özün gü¬nahımdan keçməklə məni bağışla və mənə rəhm et. Həqiqətən, Sən Bağış¬layan¬san, Rəhmlisən!»

4

[Allahummə-ğfir liy mə qaddəmtu, və mə əxxartu, və mə əsrartu, və mə ə'lən¬tu, və mə əsraftu, və mə əntə ə'ləmu bihi minniy. Əntəl-muqaddimu, və əntəl-mu-əxxiru, lə illəhə illə ənt] «Allahım! Əvvəl etdiyim və sonra edəcə-yim, gizlin saxladığım və üzə çıxar¬dığım, xəta et¬diyim və məndən daha yaxşı bildiyin (pis) əməllərimi bağışla! Əvvələ çəkən də Sən¬sən, təxirə salan da Sənsən. Səndən başqa [iba¬dətə layiq olan] məbud yoxdur».

5

[Allahummə əınniy alə zikrikə, və şukrikə, və husni ibadətikə] «Allahım! Səni zikr etmək, Sənə şükür etmək və Sənə gözəl tərzdə ibadət etmək üçün mənə yardım et!»

6

[Allahummə inniy əuzu bikə minəl-buxli, və əuzu bikə minəl-cubni, və əuzu bikə min ən uraddə ilə ərzəlil-umri, və əuzu bikə min fitnətid-dunya və əzabil-qabr] «Allahım! Xəsislikdən Sənə sığınıram. Qorxaqlıqdan Sənə sığınıram. Qocalığın ən düşkün çağına çatmaqdan Sənə sığını¬ram. Dün-yanın fitnəsindən və qəbir əzabından Sənə sığınıram!»

7

[Allahummə inniy əs'əlukəl-cənnətə və əuzu bikə minən-nar] «Allahım! Səndən Cənnəti diləyirəm və Cəhənnəmdən Sənə sığınıram!»

8

[Allahummə bi ilmikəl-ğaybə və qud-ratikə aləl-xalqi əhyiniy mə alimtəl-həyətə xayran liy, və təvaffəniy izə alim¬təl-vəfatə xayran liy, Allahummə inniy əs'əlukə xaşyə¬təkə fil-ğaybi vəş-şəhadəti, və əs'əlukə kəli¬mətəl-həqqi fir-rıda val-ğadabi, və əs'əlukəl-qasdə fil-ğinə val-fəqri, və əs'əlukə nəiymən lə yənfədu, və əs'əlukə qurratə aynin lə tən¬qatiu, və əs'ə-lukər-rıda ba'dəl-qadai, və əs'ə¬lukə bərdəl-ayşi ba'dəl-məuti, və əs'əlukə ləzzətən-nəzəri ilə vachikə vəş-şəuqa ilə liqaikə fi ğayri darraə mudırratin və lə fitnətin mu-dillətin, Allahummə zəyyinnə bi ziynətil-iyməni vac'alnə hudatən muhtədin] «Allahım! Qeybi bilməyinlə və yaratma qüdrətinlə yaşamağın mənim üçün xeyirli ol-duğunu bildiyin qədər məyi yaşat, ölümün mə-nim üçün daha xeyirli olduğunu bildikdə isə məni öldür. Allahım! Gizlində də, aşkarda da Səndən [layiqincə] qorxmağı diləyirəm. Sən¬dən, razılıq və qəzəb anında haqq söz [söylə¬məyimi] diləyirəm. Zənginlikdə də, kasıblıqda da Səndən mötədillik diləyirəm. Səndən tükən¬məz nemət və ardı kəsilməyən bir göz aydınlı¬ğı [sevinc] diləyirəm. Səndən, [başıma gələn] qəzadan sonra [ondan] razı qalmağımı və ölümdən sonra [olan] gözəl həyatı diləyirəm. Sənin Üzünə baxmağın ləzzətini, zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğrama¬dıqca Səninlə qarşılaşmaq həsrətini Səndən di¬ləyirəm. Allahım! Bizi imanın gözəlliyi ilə gö¬zəlləşdir və bizi doğru yolda olan başçılardan et!»

9

[Allahummə inniy əs'əlukə yə Allahu bi ənnəkəl-vahidul-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yə¬kun ləhu kufuvən əhəd, ən təğfirə liy zunubiy, innəkə əntəl-ğafurur-rahim] «Allahım, Sənə yalvarıram! Ey Allah, Sən ki, doğma¬yan, doğulmayan və heç bir ta¬yı-bərabəri olmayan Tək¬sən, Möhtac deyil¬sən. Günahlarımı mənə bağışla! Şübhə¬siz ki, Sən Bağışlayansan, Rəhmlisən».

10

[Allahummə inniy əs'əlukə bi ənnə ləkəl-həmd, lə ilahə illə əntə vəhdəkə lə şəriykə ləkə, əl-mənnanu, yə bədi'as-sə¬məvati val-ard, yə zəl-cələli val-ikram, yə həyyu, yə qayyum, inniy əs'əlukəl-cənnətə və əuzu bikə minən-nər] «Allahım, Sənə yalvarıram! Həmd Sənə-dir. Səndən başqa [iba¬dətə layiq olan] məbud yoxdur, Təksən, heç bir şərikin yoxdur. Lütfkarsan! Ey göyləri və yeri Yaradan! Ey əzəmət və ehtiram sahibi! Ey Yaşayan, ey Qəyyum! Səndən Cən¬nəti diləyi¬rəm və Cəhənnəmdən Sənə sığınıram!»

11

[Allahummə inniy əs'əlukə bi ənniy əşhədu ənnəkə əntəllahu lə ilahə illə əntəl-əhədus-saməd əlləzi ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu kufuvən əhəd] «Allahım, Sənə yalvarıram! Mən şahidlik edirəm ki, Sən Allahsan, Səndən başqa [iba¬dətə layiq olan] məbud yoxdur. Doğma¬yan, doğulmayan və heç bir ta¬yı-bərabəri olmayan Tək¬sən, Möhtac deyil¬sən!»

Zaker copied