(Azan eşidildik¬də) müəzzinin dedikləri təkrar olunma¬lıdır. Yalnız: [Hayyə aləs-saləh! Hayyə aləl-fələh] «Namaza tələsin!», «Nicat tapmağa tələsin!» ifadələri¬nin hər biri: [Lə həulə və lə quvvətə illə billəh] «Qüdrət və güc yalnız Allahdadir!» ifadəsi ilə əvəz edilməlidir.
[Və ənə əşhədu ən lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu və əşhədu ənnə Muhəmmədən abduhu və Rasuluhu. Radiytu billəhi Rabbən, və bi Muhəmmə-din rasulən, və bil-isləmi diynən] «Mən də şahidlik edirəm ki, Allahdan baş¬qa [iba¬dətə layiq olan] məbud yoxdur, O təkdir, Onun şəri¬ki yox¬dur və şahid¬lik edirəm ki, Muhəmməd Onun qulu və elçisi¬dir. Allahın Rəbb, Muhəm¬mədin elçi və İslamın din olduğundan razı¬yam!» (Bu, müəzzi¬nin şəhadət gətirməyinin ardınca deyilir. )
[Allahummə Rabbə həzihid-də'vətit-təmmə vəs-səlatil qaimə əti Muhəmmədən əl-vasıylətə vəl-fadıylətə, vəb'ashu məqa¬mən məhmudənilləzi va'adtəhu] [İnnəkə lə tuxliful-miyad] «Bu tam dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vasitəçilik haqqı və fəzilət ver. Onu vəd etdiyin təriflənən mə¬qama çatdır. [Həqiqətən, Sən vədə xilaf çıx-mırsan!]»
Azan və iqamə arasında özü üçün dua edir. Çünki bu vaxt edilən dua cavabsız qal¬mır.
Azanı eşidib müəzzinin dediklərini axıra qədər təkrar edən şəxs söylədiklərini bitirdik¬dən sonra Peyğəmbərə səllallahu aleyhi və səlləm sala¬vat gətirməlidir.