Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim gündə yüz dəfə: [Subhanəllahi və bihəmdihi] «Allah pak və müqəddəsdir! Allaha həmd ol-sun!» desə, günahları dəniz köpüyü qədər olsa belə silinər».
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim gündə on dəfə: [Lə ilahə illəllahu vahdəhu lə şəri¬kə lə¬hu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir] «Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur, təkdir, Onun şəri¬ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» desə, sanki İs¬mayıl övladından dörd nəfəri azad etmiş olar».
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Dilə yüngül gələn, çəkidə ağır gələn, ər-Rəh¬mana əziz olan iki kəlmə bunlardır: [Subhanəllahi və bihəmdihi, subha-nəlla¬hil-aziym] «Allah pak və müqəddəsdir! Allaha həmd ol-sun! Böyük Allah pak və müqəddəsdir!»
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Mənə: [Subhanəllahi, vəlhəmdulilləhi, və lə ilahə illəllahu, vəllahu əkbər] «Allah pak və müqəddəsdir! Həmd Allaha¬dır! Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur! Allah ən Böyükdür!» demək, üzərində günəş doğan hər bir şeydən əzizdir».
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Sizlərdən hər gün min savab qazanmaqda aciz qalanı varmı?» Yanında oturanlardan biri soruşdu: «Bizlərdən biri min savabı necə qaza¬na bilər?» O dedi: «Yüz dəfə təsbih etsə [“Subhanəllah” desə], ona min savab yazılar, yaxud min günahı silinər!»
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim: [Subhanəllahil-aziymi və bihəmdi¬hi] «Böyük Allah pak və müqəddəsdir! Allaha həmd olsun!» desə, onun üçün Cənnətdə bir xurma ağacı əkilər».
Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Ey Abdullah ibn Qeys! Sənə Cənnət xəzinə¬lərindən birini göstərimmi?» Mən: «Bəli, ya Rəsulullah!» söylədikdə, o buyurdu: «De: [Lə həulə və lə quvvətə illə billəh] «Qüdrət və güc yalnız Allahdadir!» Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Allaha ən sevimli olan kəlmələr dörddür:
[Subhanəllahi, vəlhəmdulilləhi və lə ila¬hə illəllahu, vəllahu əkbər] «Allah pak və müqəddəsdir! Həmd Allaha¬dır! Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur! Allah ən Böyükdür!» Bunların hansından başlasan, zə¬rəri olmaz».
Bədəvi ərəb Peyğəmbərin səllallahu aleyhi və səlləm yanına gəlib dedi: «Mənə zikr edəcəyim kəlmələri öyrət!» O buyurdu: «De: [Lə ilahə illəllahu vahdəhu lə şəri¬kə lə¬hu. Allahu əkbəru kəbiyran, vəlhəm¬dulil¬ləhi kəsiyran, subhanəllahi rabbil-alə¬miyn. Lə həulə və lə quvvətə illə billəhil-aziyzil-həkiym] «Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur, O təkdir, Onun şəri¬ki yoxdur. Allah böyüklükdə ən Bö¬yükdür! Allaha çox¬lu-çoxlu həmd olsun! Aləmlərin Rəbbi olan Allah pak və müqəddəs¬dir! Qüdrət və güc yalnız Qüdrətli, Müdrik Allahdadir!» Bədəvi ərəb dedi: «Bunlar Rəb¬bim üçündür. Bəs mənim üçün?» O buyurdu: «De: [Allahummə-ğfirliy, vərhəmniy, vəhdi¬niy, vərzuqniy] «Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə ruzi ver!»
Bir kimsə İslamı qəbul etdikdə Peyğəm¬bər səllallahu aleyhi və səlləm ona namaz qılmağı öy¬rədər, sonra əmr edərdi ki, bu kəlmələrlə [Allaha] dua etsin: [Allahummə-ğfirliy, vərhəmniy, vəhdi¬niy, və afiniy, vərzuqniy] «Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə salamatlıq və ruzi ver!»
«Ən fəzilətli dua «əlhəmdulilləh», ən fəzilətli zikr isə «lə ilahə illəllah»dır.
«Əbədi qalacaq saleh əməllər (bunlar¬dır): [Subhanəllahi, vəlhəmdulilləhi və lə ila¬hə illəllahu, vəllahu əkbəru, və lə həulə və lə quvvətə illə billəh] «Allah pak və müqəddəsdir! Allaha həmd ol-sun! Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Allahdadir!»