Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Allaha and olsun ki, mən gündə yetmiş dəfə-dən artıq Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm!»
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Ey insanlar! Allaha tövbə edin! Mən Ona gündə yüz dəfə tövbə edirəm!»
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim, [Əstəğfiru-llahəl-aziyməl-ləzi lə ilahə il¬lə huvəl-həyyul-qayyum və ətubu ileyhi] «Özündən başqa [iba¬dətə layiq olan] məbud olmayan, Əzəmətli, Yaşayan, Qəyyum Allahdan bağışlanma dilə¬yirəm və Ona tövbə edirəm!» - deyərsə, döyüş meydanından qaçsa belə Allah onu bağışla¬yar.
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Rəbbin bəndəyə ən yaxın olduğu vaxt gecə¬nin axırıdır. O saatda Allahı zikr edənlərdən ola bilirsənsə ol!»
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Bəndənin Rəbbinə ən yaxın olduğu (hal) onun səcdə vəziyyətidir. Odur ki, (səcdədə) duaları artırın!»
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Mənim də qəlbim tutulur və mən gündə yüz dəfə Allahdan bağışlanma diləyirəm!»