Səfa və Mərvə dağları üzərində dayandıqda edilən dua

1

Peyğəmbər səllallahu aleyhi və səlləm Səfaya yaxınlaşanda: [İnnəs-səfa vəl-mərvatə min şəairilləh. Əbdəu bimə bədə Allahu bihi] «Həqiqətən, Səfa və Mərvə Allahın nişanələ-rindəndir!» “Allah nə ilə başlamışsa, mən də onunla başlayıram!” dedi. Sonra Səfadan baş-layıb onun üstünə qalxdı, Kəbəni görəndə isə üzünü qibləyə tərəf tutub “Lə iləhə illəllah” [Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur] və “Allahu Əkbər” [Allah ən Böyükdür] söylədi və dedi: [Lə ilahə illəllahu vahdəhu lə şərikə lə¬hu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir. Lə ilahə illəllahu vahdəhu, əncəzə va'dəhu, və nəsara abdə¬hu və həzə¬məl-əhzabə vəhdəhu] «Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur, O təkdir, Onun şəri¬ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur, O təkdir. Allah vədini yerinə yetirdi, quluna kömək etdi və (düşmənlərdən olan) dəstələri tək Özü məğlub etdi!» Peyğəmbər səllallahu aleyhi və səlləm bu duanı üç dəfə təkrarladı və hər birinin arasında da [Allaha] dua etdi. Hədisdə həmçinin deyilir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm Mərvada da ey¬ni ilə Səfada etdiklərini etdi.

Zaker copied