Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «İman gətirməyincə Cənnətə daxil olmazsınız. Bir-birinizi sevməyincə də iman gətirmiş ol-mazsınız. Sizi elə bir şeyə yönəldimmi ki, onu etdikdə bir-birinizi sevəsiniz? Aranızda salamı yayın!»
«Üç şey vardır ki, onları [özündə] cəm edən şəxs, imanı [özündə] cəm etmiş olar: özü¬nə qarşı insafla rəftar etmək, hər kəsə salam vermək və kasıb ola-ola (malından başqaları¬na) xərcləmək».
Abdullah ibn Ömər Allah ondan razı olsun rə¬vayət edir ki, bir kişi Peyğəmbərdən səllallahu aleyhi və səlləm soruşdu: «İslamın hansı [əməli] da¬ha xeyirlidir?» O dedi: «Yemək yedizdirmək, tanıdığına və tanımadığına salam vermək!»