[Əlhəmdulilləəhil-ləzi əhyəənə bə'də mə əməətənə və ileyhin-nuşuur.] «Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun.və (Ölüb dirildikdən sonra isə) qayı¬dış Onadır».
[Əlhəmdulilləhil-ləzi afəniy fi cəsə¬diy, və raddə aleyyə ruhiy, və əzinə liy bizikrihi] «Bədənimə salamatlıq verən, ruhumu mə¬nə qaytaran və mənə Onu yad etməyə izn ve¬rən Allaha həmd olsun!»
[Lə ilahə illəllahu vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şey-in qadir, subhanallahi, vəl-həmdulilləhi, və lə ilahə illallahu, vəllahu Əkbər, və lə həulə və lə quvvətə illə billəhil-aliyyil-azim, rabbiğfir liy] «Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur, O təkdir, Onun şəri¬ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir. Allah pak və mü¬qəddəsdir. Həmd Allahadır. Allahdan başqa [iba¬dətə layiq olan] məbud yoxdur. Allah ən Böyükdür. Qüdrət və güc yalnız Uca və Böyük Allahdadir! Ey Rəbbim məni bağış¬la!»
«Həqiqətən, göylərin və yerin yaradıl¬ma¬sında, gecə ilə gün¬düzün bir-birini əvəz etmə¬sində ağıl sahibləri üçün dəlillər vardır. O kəs¬lər ki, ayaq üstə olanda da, oturanda da, uza¬nanda da Allahı yad edir, göylərin və yerin ya¬ra¬¬dılması haqqında düşünür¬lər (və deyirlər): «Ey Rəbbi¬miz! Sən bunları əbəs yerə yarat¬ma¬mısan. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! Ey Rəbbimiz! Sən Oda daxil etdiyin kəsi əlbəttə, rüsvay edərsən. Za¬lımların köməkçiləri olmaz. Ey Rəbbimiz! Həqiqətən, biz: «Rəbbinizə iman gətirin!» – deyə imana çağıran bir kimsənin çağırışını eşidib iman gə¬tirdik. Ey Rəbbimiz! Günahlarımızı bizə ba¬ğış¬la, təqsirlərimizdən keç və canı¬mızı itaətkarlar¬la (möminlərlə) bir yerdə al! Ey Rəbbi¬miz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədə xilaf çıxmırsan!» Onların Rəbbi onlara cavab verdi: «Mən, sizlərdən – istər ki¬şi, istərsə də qadın olsun – heç bir iş görənin əməyini puç etmə¬rəm. Siz bir-birinizdən¬siniz (dində kişi və qadın eynidir). Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolum¬da əziy¬yətə düçar olanların, vuruşanların və öl¬dürü¬lənlərin əlbəttə təq-sirlərindən keçəcək və on¬ları (ağacları) altından çay¬lar axan cən¬nət¬lərə daxil edəcəyəm. (Bu, onlar üçün) Allah¬dan bir mükafatdır. Gözəl mükafat yalnız Allah yanındadır». Qoy kafirlərin diyarbədiyar gəzib-dolaşması səni aldat¬masın! Bu, az (ya¬xud keçici) bir zövqdür. Sonra isə on¬ların məs¬kəni Cəhənnəmdir. Ora nə pis yataqdır! Lakin öz Rəbbindən qorxanlar üçün [ağacları] altın¬dan çay¬lar axan cən¬nətlər vardır ki, onlar orada əbə¬di qalacaqlar. (Bu, onlar üçün) Allahdan bir ziyafətdir. Allah yanında olan (nemət¬lər) ita¬ət¬karlar (möminlər) üçün daha xeyirli¬dir. Həqi¬qətən, Kitab əhlindən elələri də vardır ki, Allaha müti olaraq həm Allaha, həm sizə nazil edi¬lənə, həm də özlərinə nazil edilənə inanır, Allahın ayələrini ucuz qiymətə satmırlar. On¬la¬rın öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. Ey iman gətirənlər! Səbir edin, dözümlü ölün, (sər¬¬həd boyu) növbə ilə keşik çəkin və Allah¬dan qorxun ki, bəlkə nicat tapası-nız!» (Ali-İmran, 190-200)